Xülasə: Ailənin psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onun etno-psixoloji aspektlərinin təhlili, gender rollarının
formalaşması və ailədə tərbiyənin əhəmiyyəti mövcud tədqiqatın ən aktual məsələlərindən biridir. Ailə tərbiyəsi prosesində ortaya çıxan çətinliklərin təhlili isə tərbiyə metodlarının təkmilləşdirilməsi üçün yeni perspektivlər aça bilər. Tədqiqatın məqsədi, ailədə gender rollarının, tərbiyə prosesinin və etnik psixoloji hisslərin formalaşmasında oynadığı rolun öyrənilməsidir. Bu tədqiqatın nəzəri və praktiki əhəmiyyəti, tədqiqatın nəticələri ailə tərbiyəsi ilə məşğul olan mütəxəssislər, pedaqoqlar və psixoloqlar üçün praktiki əhəmiyyət daşıyır. Ailə tərbiyəsi sahəsində müasir yanaşmaların inkişaf etdirilməsi və gender rollarının tərbiyədə düzgün tətbiqi üçün faydalı olacaqdır. Tədqiqatın araşdırılmasında araşdırma metodları kimi sorğular, psixoloji testlər, fərdi və qrup müsahibələri, müşahidə və məqsədli psixoloji eksperimentlər istifadə oluna bilər. Aparılan tədqiqat təsdiqlədi ki, ailə tərbiyəsi etnik, psixoloji və sosial faktorlarla çoxsahəli bir prosesdir. Ailədə gender rollarının və etnik psixoloji hisslərin formalaşdırılması, ailənin harmoniyasını təmin edir və gələcək nəsillərin sosial və emosional sağlamlığını qoruyur. Müasir ailə tiplərində tərbiyə prosesinin yenidən qurulması və ənənəvi dəyərlərlə müasir yanaşmaların balanslaşdırılması, ailədaxili münasibətlərin möhkəmləndirilməsində və cəmiyyətin sosial rifahının qorunmasında mühüm rol oynayır.

Açar sözlər: milli tərbiyə, etnopsixologiya, ailə dəyərləri, milli kimlik, sosial adaptasiya, mədəni irs

 

Mündəricat

Məqalə