Xülasə: Müasir tibbi-reabilitasiya sahəsində müalicəvi fiziki tərbiyə xəstələrin və sağlamlıq imkanları məhdud şəxslərin bərpasında mühüm rol oynayır. Bu metod orqanizmin funksiyalarının bərpasını, psixoemosional vəziyyətin stabilləşməsini və həyat keyfiyyətinin yüksəlməsini təmin edir. Məqalədə fərdi və qrup məşğələlərinin təşkili metodları təhlil edilmiş, onların effektivliyinin artırılması yolları təqdim edilmişdir. Tədqiqat xüsusi qayğıya ehtiyacı olan uşaqlar üzərində aparılmışdır. Fərdi məşğələlər iki formada tətbiq olunmuşdur: tək və qrup məşğələləri ilə paralel. Fərdi dərslər gündə 2 dəfə, 25-45 dəqiqə müddətində keçirilmiş, üç hissəli sxem üzrə təşkil olunmuşdur: (i) diqqət və tənəffüs məşqləri, (ii) ixtiyari hərəkətlərin bərpası və motor bacarıqlarının inkişafı, (iii) oyun tapşırıqları və nitq terapiyası. Qrup məşğələləri 4–10 nəfərlik qruplarda aparılmış, motor qabiliyyətlərin normallaşdırılması, hərəkət koordinasiyasının inkişafı və sərbəst hərəkət fəaliyyətinin təşkili məqsədi ilə planlaşdırılmışdır. Hər iki məşğələ forması 3-4 aylıq iş planına uyğun olaraq həftədə 3 dəfə həyata keçirilmişdir. Tədqiqat göstərir ki, fərdi məşğələlərdə metodistlə iştirakçı arasındakı qarşılıqlı əlaqə, qrup məşğələlərində isə tapşırıqların adaptivliyi və koordinasiyanın tənzimlənməsi əsas uğur faktorudur. Ev tapşırıqları və davamlı təlim uşaqların müstəqil bacarıqlarının inkişafını dəstəkləyir.

 

Açar sözlər: müalicəvi fiziki tərbiyə, fərdi məşğələlər, qrup məşğələləri, xüsusi qayğı, reabilitasiya, planlaş- dırma, metodika

Mündəricat

Məqalə