Xülasə: Məqalədə psixoprofilaktik işdə praktik psixoloqun fəaliyyətinin istiqamətləri araşdırılır. Psixoprofilaktika, psixoloji problemlərin qarşısını almaq üçün insanların psixoloji sağlamlığının qorunmasına yönəlmiş tədbirlər sistemidir. Praktik psixoloq təhsil prosesində mühüm rol oynayaraq müəllimlər, valideynlər və şagirdlərlə psixoprofilaktik işlər həyata keçirir. Praktik psixoloq məktəb mühitində psixoloji sağlamlığın qorunması və sosial-emosional rifahın təmin edilməsi barədə valideynlərə, müəllimlərə məlumat və məsləhətlər verir. Müasir təhsil mühitində psixoloji rifahın təmin edilməsi şagirdlərin akademik uğurlarına, müəllimlərin peşəkar fəaliyyətinə və valideyn-məktəb əməkdaşlığının səmərəliliyinə birbaşa təsir edir. Bu baxımdan, məktəb psixoloqunun profilaktik fəaliyyəti psixoloji problemlərin erkən mərhələdə aşkarlanması və həllinə yönəlmiş mühüm vasitələrdən biridir. Bu məqalənin yazılmasında məqsəd praktik psixoloqun müəllimlər, valideynlər və şagirdlərlə apardığı psixoprofilaktik işlərin mahiyyətini, metodlarını və onların psixoloji sağlamlığa təsirini öyrənməkdir. Tədqiqat zamanı psixoloji müşahidə, sorğu, müsahibə və eksperimental-diaqnostik üsullardan istifadə olunmuşdur. Bu metodlar vasitəsilə müxtəlif iştirakçı qruplarının psixoprofilaktik işlərə reaksiyası və effektivliyi təhlil edilmişdir. Araşdırma nəticələri göstərir ki, sistemli psixoprofilaktik işlər şagirdlərin emosional dayanıqlığını artırır, müəllimlərin pedaqoji fəaliyyətində stress səviyyəsini azaldır və valideynlərin tərbiyə prosesində daha məlumatlı və dəstəkverici rol oynamasına kömək edir
Açar sözlər: psixoloji profilaktika, psixoloji xidmət, valideyn, praktik psixoloq, müəllim, şagird



