Xülasə: Məqalədə Azərbaycan ailə modelində ailədaxili münasibətlərin psixoloji əsasları araşdırılmış, bu münasibətlərin
formalaşmasında mədəniyyət, ənənə, sosial dəyişikliklər və fərdi psixoloji amillərin rolu təhlil olunmuşdur. Məqalədə valideyn-övlad, ər-arvad və digər ailə üzvləri arasındakı münasibətlərin qarşılıqlı təsiri, emosional bağların inkişafı və müasir dövrdə bu münasibətlərə təsir edən psixoloji amillər diqqət mərkəzinə çəkilmişdir. Araşdırmanın nəticələri ailə psixologiyasının inkişafına və münasibətlərin sağlam təməllər üzərində qurulmasına töhfə verir. Məqalənin əsas məqsədi Azərbaycan ailələrində ailədaxili münasibətlərin formalaşmasına təsir edən psixoloji amilləri araşdırmaq, bu münasibətlərin sosial və emosional dinamikasını anlamaq və sağlam ailə münasibətlərinin inkişafı üçün elmi əsaslandırılmış tövsiyələr təqdim etməkdir. Tədqiqat zamanı psixoloji müşahidə, elmi ədəbiyyatların təhlili, anket və sorğu üsul larından istifadə olunmuşdur. Araşdırma nəticələri göstərir ki, Azərbaycan ailələrində ailədaxili münasibətlər əsasən ənənəvi dəyərlərə əsaslanır, lakin müasirlik təsiri ilə dəyişikliklər baş verir. Sağlam ailədaxili münasibətlərin formalaşması üçün psixoloji maarifləndirmə və ailə psixoloqlarının dəstəyi önəmlidir. Nəzəri baxımdan, məqalə ailə psixologiyası sahəsində elmi biliklərin zənginləşdirilməsinə töhfə verir. Praktik baxımdan isə, psixoloqlar, pedaqoqlar, sosial işçilər və valideynlər üçün ailədaxili münasibətləri düzgün qurmaq və inkişaf etdirmək üçün faydalı ola biləcək tövsiyələr təqdim edir.
 

Açar sözlər: Azərbaycan ailəsi, uşaq tərbiyəsi, müasir ailə, dəyərlər, etnik mənsubiyyət

Mündəricat

Məqalə