Xülasə:  Bu məqalədə ibtidai sinif yaşlı uşaqlarda yaddaş və diqqət proseslərinin formalaşmasında müəllimin pedaqoji təcrübəsinin rolu və bu sahədə nəzərə alınmalı olan psixoloji-pedaqoji amillər araşdırılır. Məqalənin aktuallığı ondan ibarətdir ki, müasir tədris şəraitində şagirdlərin fərdi hafizə xüsusiyyətlərinin düzgün müəyyənləşdirilməsi və təlim prosesinə uyğunlaşdırılması təhsil uğurunun əsas şərtlərindən biri kimi çıxış edir. Tədqiqatın məqsədi uşaqlarda hafizə tipini nəzərə alaraq tədris prosesində onların yadda saxlamasını asanlaşdıran və möhkəmləndirən metodları üzə çıxarmaq və sistemləşdirməkdir. Elmi-nəzəri təhlil, müşahidə, ümumiləşdirmə və sintez metodları ilə aparılan tədqiqat zamanı görmə, eşitmə və kinestetik hafizə tiplərinin xüsusiyyətləri öyrənilmiş, emosional vəziyyət, iradi amil, motivasiya və əyani vəsaitlərin yaddaşın inkişafına təsiri təhlil edilmişdir. Məqalədə təkrarın pedaqoji əhəmiyyəti, məlumatların qısamüddətli hafizədən uzunmüddətli hafizəyə keçməsi, məşqlərin səmərəliliyi və təlimin ritmik təşkili məsələləri üzərində geniş dayanılmışdır. Əldə olunan nəticələr həm ümumtəhsil məktəbləri, həm də pedaqoji elmi-tədqiqat fəaliyyəti üçün praktik əhəmiyyət daşıyır.

Açar sözlər: şagirdin psixikasında diqqət və hafizənin formalaşdırılması; kiçik yaşlı məktəblilərin hafizə və qavrayışlarının qüvvətlənməsinə səbəb olan amillər; əyani vasitələrlə aparılan dərslər zamanı yaddasaxlamanın, yadasalmanın bir-birini mütəmadi olaraq əvəz etməsi yolları

Mündəricat

Məqalə