Xülasə: Bəzi optimal idarəetmə məsələlərinin maksimum prinsipi vasitəsilə həll etmək üçün onu xüsusi sərhəd məsələlərinə gətirirlər. Belə xüsusi sərhəd məsələsi maksimum şərtindən, adi diferensial tənliklər sistemindən, sərhəd və normallaşma şərtlərindən ibarət olur. Məqalədə, belə məsələlərdən biri olan, optimal idarəetmə məsələsinin maksimum prinsipinin qoşma sərhəd məsələsinə və bu məsələnin həllinə ardıcıl yaxınlaşma üsulu ilə baxılmışdır. Əvvəlcə J(u) operatorunun müəyyən sərhəd şərtlərini ödəyən həllinin tapılması tələbi qoyulur. Buna görə operatora daxil olan F(x(T) funksiyası üçün xüsusi şərtləri ödədiyi qəbul edilərək, verilən optimal idarəetmə məsələsinin maksimum prinsipi üçün qoşma sərhəd məsələsi verilir. Bu traektoriyanın bir ucu bağlı olduqda sistemin həlli olan φ(x) funksiyası üçün qoşma sərhəd şərtləri (bu transversallıq şərtləri adlandırılır) verilmək izah olunur. Beləliklə ardıcıl yaxınlaşma üsulunun tam şəkildə təhlili verilərək, qoşma sərhəd məsələsinin maksimum prinsipinin tətbiqi ilə ardıcıl yaxınlaşma üsulu ilə həll etmək üçün alqoritm göstərilmiş, axırda qoyulan məsələnin həllinin varlığı, xüsusi teoremlə isbat edilmişdir.
Açar sözlər: maksimum prinsipi, Lipşist şərti, sərhəd məsələsi



