Xülasə: Əqli keyfiyyətlərin öyrənilməsi yalnız təhsil və psixologiya sahələrində deyil, həmçinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında idarəetmə strategiyalarının qurulmasında mühüm əhəmiyyətə malikdir. Cəmiyyətin inkişafı və fərdi potensialın tam şəkildə ortaya çıxarıl- ması, şəxsiyyətin intellektual qabiliyyətinin öyrənilməsini və bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edən amillərdəndir. Tədqiqatın əsas məqsədi əqli keyfiyyətlərin mahiyyətini açıqlamaqla birgə onların struktur və funksiyalarını müəyyənləşdirməkdir. Əqli keyfiyyətlərə diqqət yönəltmə, məntiqi təfəkkür analitik yanaşma, sürətli düşünmə yaradıcılıq kimi keyfiyyətlər aid edilə bilər. Məqalədə elmi mənbələrə və müşahidə nəticələrinə əsaslanmış, əqli keyfiyyətlərin formalaşmasına və inkişafına təsir edən faktorlar təhlil olunmuşdur. Əqli fəaliyyətin tərkib hissəsi olan bu keyfiyyətlərin inkişafı üçün təlimin məzmunu, tədris metodları və mühitin rolu xüsusi ilə vurğulanmışdır. Nəticələr göstərir ki, əqli keyfiyyətlərin məqsədyönlü inkişafı fərdin idrak potensialının formalaşmasında kritik düşünmə, məntiqi təfəkkür bu və ya digər idrak bacarıqları müstəsna rol oynayır.

 

Açar sözlər: idrak fəaliyyətləri, koqnitiv bacarıqlar, multidisipliner yanaşma, kritik düşünmə, emosional intellekt, kreativ düşüncə, məntiqi təfəkkür, koperasiya bacarıqları (ünsiyyət bacarıqları)

Mündəricat

Məqalə