Xülasə:  Mədəni irsimizin öyrənilməsi və təbliği, onun gələcək nəsillərə ötürülməsi milli mədəniyyətlərin qarşısında duran aktual məsələdir. Bu baxımdan məqalə Azərbaycanın dilbər güşəsi olan Şəkinin ipəkçilik ənənələrinin inkişafı tarixinin tədqiqinə həsr olunub. Tədqiqatın məqsədi Şəkidə ipək istehsalının əsrlər boyu əsas məşğuliyyət olmasını, ticarətin və sənətkarlığın inkişafına mühüm təsir göstərməsini müəyyən etməkdir. Araşdırma zamanı sənətşünaslıq elminin metodoloji bazasına, daha dəqiq desək tarixilik, mədəni-tarixi və təhlil metodlarına istinad edilmişdir. Tədqiqatdan alınan əsas qənaətə görə, Şəkinin “Böyük İpək Yolu” üzərində yerləşməsi xüsusən bu sahənin formalaşmasına və inkişafına töhfə vermiş, digər ölkələrlə iqtisadi əlaqələrin genişlənməsinə təkan vermişdir. Arxeoloji əşyalar göstərir ki, hətta qədim Qafqaz Albaniyası dövründə də məbədlərin ərazilərində insanlar ipəkçiliklə məşğul olurdular. Yerli sənətkarlar əsrlər boyu nəsildən-nəslə ötürülən orijinal texnikanı qoruyub saxlayaraq ənənəvi ipək istehsalı üsullarından bu gün də məharətlə istifadə edirlər. Şəki ustalarının xam ipəkdən hazırladıqları zərif parçalar, gözəl paltarlar, rəngarəng kəlağayılar xarici ölkələrə ixrac edilir, şəhər öz ipəyi ilə bütün dünyada şöhrət qazanır. Şəki xüsusilə parlaq və zərif kəlağayı ilə məşhurdur. Ən geniş yayılmış kəlağayı nümunələrindən biri “heyratı kəlağayı” adlanan baş örtüyüdür ki, onlar çiçək naxışları ilə bəzədilmiş zərif açıq çalarlı ilə seçilirlər. Araşdırmadan alınan nəticələr Azərbaycan tətbiqi-dekorativ sənəti tarixi tədqiqatlar üçün mühüm elmi-nəzəri mənbə olmaqla yanaşı, tədris prosesində tətbiq edilə bilər.

 

Açar sözlər: Şəki, ipək, parça, fabrik, kəlağayı

Mündəricat

Məqalə