Xülasə: Elektrik enerjisi müasir cəmiyyətin texnoloji inkişafında mühüm rol oynayan əsas anlayışlardan biridir və bu mövzunun
tədrisi şagirdlərdə fiziki proseslərə dair elmi dünya görüşünün formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Tədris prosesində elektrik enerjisinin mahiyyəti, alınma üsulları, ölçülməsi və istifadə sahələri yalnız nəzəri bilik kimi deyil, həm də gündəlik həyatla əlaqələndirilmiş şəkildə təqdim edilməlidir. Bu yanaşma şagirdlərin mövzuya marağını artırmaqla yanaşı, onların praktik düşünmə və tətbiq bacarıqlarının inkişafına şərait yaradır. Tədqiqatın məqsədi sözügedən mövzunun tədrisində əsas anlayışların ardıcıl və anlaşı lan formada izah edilməsini, müasir enerji texnologiyalarının və alternativ enerji mənbələrinin dərs prosesinə inteqrasiyasını, eləcə də ölçmə cihazları və rəqəmsal sistemlər haqqında ilkin biliklərin formalaşdırılmasını araşdırmaqdır. Mövzunun tədrisində müşahidə, müqayisə, təcrübə və vizual materiallardan istifadə kimi aktiv təlim metodlarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Aparılan təhlillər göstərir ki, elektrik enerjisinin alınmasında bərpa olunan enerji mənbələrinin rolu artdıqca, bu istiqamətdə biliklərin tədris proqramlarına daxil edilməsi şagirdlər də ekoloji düşüncə və enerji səmərəliliyi anlayışlarının formalaşmasına müsbət təsir göstərir. Eyni zamanda, “ağıllı” ölçmə sistemləri və rəqəmsal texnologiyalar haqqında məlumatların verilməsi müasir təhsilin tələblərinə cavab verir və şagirdlərin texnoloji savadlılığını artırır. Nəticə etibarilə elektrik enerjisi mövzusunun tədrisi elmi əsaslarla yanaşı, real həyat nümunələri və müasir texnoloji yeniliklər üzərində qurulduqda daha səmərəli olur. Bu, şagirdlərin həm nəzəri biliklərini
möhkəmləndirir, həm də onların gələcəkdə mühəndislik və texniki sahələrə marağının formalaşmasına zəmin yaradır.
Açar sözlər: elektrik enerjisi, elektrik enerjisinin tədrisi, enerji mənbələri, enerji ölçülməsi, alternativ enerji, enerji səmərəliliyi



