Xülasə: Məqalədə emosional mühit insanın sosiallaşma prosesində mühüm amillərdən biri kimi çıxış edir və onun özünü dərk etməsinə, milli kimliyini mənimsəməsinə birbaşa təsiri göstərilir. Tədqiqat işində emosional mühitin müsbət və mənfi təsirləri, milli mənlik şüurunun inkişafına yönəlik psixoloji və pedaqoji yanaşmalar təhlil olunur. Mövzunun aktuallığı müxtəlif dövrlərdə olduğu kimi bu gün də milli mənlik şüurunun inkişaf xüsusiyyətlərinin formalaşmasının böyük əhəmiyyət daşıması ilə bağlıdır. Tədqiqatın məqsədi emosional mühitin şəxsiyyətin mənlik və milli mənlik şüurunun formalaşmasına təsirini araşdırmaqdır. Xüsusilə ailə, sosial mühit və kütləvi informasiya vasitələrinin insanın öz kimliyini
dərk etməsində oynadığı rolu təhlil edilir. Tədqiqatın metodologiyasını dialektik idrak nəzəriyyəsi, milli mənlik şüuruna dair fəlsəfi, psixoloji-pedaqoji tədqiqatlarla bağlı müvafiq nəzəri biliklər təşkil edir. Tədqiqat zamanı müxtəlif metodlardan (müşahidə, eksperiment, müsahibə, sorğu və s.) istifadə olunmuşdur. Tədqiqatın sonunda emosional mühitin şəxsiyyətin mənlik və milli mənlik şüurunun formalaşması üçün ailədə sevgi və qarşılıqlı hörmətin təşviq edilməsi, məktəbdə emosional dəstəyin təmin olunması və milli dəyərlərin qorunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi nəticə olaraq qeyd edilmişdir
Açar sözlər: mənlik, milli mənlik, emosional mühit, ailə, sosial mühit, şəxsiyyət



