Xülasə: Yeniyetməlik dövrü, həm fiziki, həm də psixoloji baxımdan bir çox dəyişikliklərin baş verdiyi bir mərhələdir. Bu dövrdə yaşanan psixoloji hallar fərdlərin şəxsiyyət inkişafı, sosial əlaqələr, emosional tarazlıq və gələcək həyatla bağlı düşüncələrinə təsir edir. Yeniyetmələr, bu dövrün müxtəlif mərhələlərində bir çox çətinliklər və təcrübələr yaşayırlar. Tədqiq olunan problemin aktuallığı onunla şərtlənir ki, insan ömrünün bütün yaşlarında dəyişikliklər baş verir. Bu tədqiqatda yeniyetməlik dövründə psixoloji böhranların təsirlərini öyrənmək məqsədilə nəzəri və empirik metodların kombinasiyasından istifadə edilmişdir. Praktik və nəzəri əhəmiyyəti yeniyetməlik dövründə baş verən konfliktlər haqqında subyektiv qavrayışların müəyyən edilməsidir. Yeniyetmələrin məktəb praktikasında, konstruktiv vəziyyətdə olan qarşıdurmalarda, məktəb psixoloqları, valideynlər, müəllimlər və təlimçilərin fəaliyyətlərində istifadə edilə bilər Bu yazıda yeniyetməlik dövrü inkişaf psixologiyası baxımından müxtəlif inkişaf ölçüləri ilə müzakirə edilir və dövrün ümumi profili yaradılmağa cəhd edilir. Tədqiqatın məqsədi sosial-psixoloji mühitdə gələcəyə savadlı kadr hazırlamaq üçün yeniyetmələrə dəstək olmaqdır.
Açar sözlər: yeniyetməlik, yaş böhranları, psixoloji hallar, kimlik axtarışı



