Xülasə: “Azotlu gübrələr” mövzusunun tədrisi şagirdlərdə həyati bacarıqların və vərdişlərin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən mövzulardandır. Bu mövzunun tədrisi zamanı aydınlaşdırılmışdır ki, torpaq uzun müddət istismar edildikdən sonra onun tərkibinə daxil olan mineral maddələr tükənir. Bu səbəbdən də torpaq- da əkilən bitkilərin məhsuldarlığı azalır və məhsulun keyfiyyəti aşağı düşür, məhsulun miqdarını artırmaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün bitkilərə mineral maddələrin verilməsi tələbatı ortaya çıxır. Bu məqsədlə bitkilər üçün daha vacib olan azot, fosfor və kalium gübrələrindən istifadə edilir. Bu maddələr bitkilərin normal inkişafını təmin edir, məhsuldarlığı artırır və məhsulun miqdarının və keyfiyyətinin yüksəlməsinə səbəb olur. “Azotlu gübrələr” bəhsinin izahı zamanı aydınlaşdırılmışdır ki, azotlu gübrələrin alınmasında ammonyak mühüm əhəmiyyətə malik olan maddələrdən biridir. Bu maddə atmosferdəki azotun hidrogenlə birləşməyə çevrilməsi nəticəsində sənayedə alınır. Yerdə qalan azotlu birləşmələr bu maddə əsasında sintez edilir. Tədqiqatın araşdırılması zamanı bu sahədə olan ədəbiyyatlar təhlil edilmişdir. Ədəbiyyat araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, azotlu gübrələrin mühüm praktiki əhəmiyyəti var. Belə ki, bu gübrələr dənli bitkilərə verildikdə bu bitkilərin kollanma qabiliyyətini, məhsuldarlığını və tərkibində zülalın miqdarını artırır
Açar sözlər: azot, fosfor, kalium, gübrə, ammonyak, nitrat turşusu, karbamid, ammonium-nitrat



