Xülasə:  Bu məqalədə uşaqların zehni inkişafı, uşaqlarda zehni inkişafın mərhələləri, zehni inkişafın dəstəklənməsi fəaliyyətləri aktual məsələlərdir. Tə- dqiqatın məqsədi uşaqlarda zehni inkişafın necə baş verdiyini, onun hansı mər- hələlərinin olmasını və necə dəstəkləndiyi fəaliyyətini təhlil etməkdən ibarətdir. Bu fəaliyyətləri müntəzəm olaraq həyata keçirməklə, uşağınızın zehni inkişafına töhfə verə və onun ömür boyu öyrənmə səyahətinə dəstək olmaq olar. Unudul- mamalıdır ki, ən dəyərli təhsil təcrübəsi valideynlərin uşaqlarına evdə göstərdik- ləri dəstəkdir. Erkən uşaqlıq dövründə uşaqların yeni-yeni təcrübələri olur və bu təcrübələr onların beyinlərində qalıcı izlər qoyur. Tədqiqatın nəzəri əhəmiyyəti uşaqların təlim və tərbiyəsinin elmi əsaslarla qurulmasına şərait yaratmaqdır. Məqalənin praktik əhəmiyyəti isə zəngin öyrənmə mühitinin yaratmaqla uşağın təbii maraqlarını və öyrənmə ehtiyaclarını təmin etməkdən ibarətdir. Aparılan tədqiqat təsdiqlədi ki, uşaqlarda zehni inkişaf bir neçə mərhələyə bölünür ki, onların hər birinin də öz xüsusiyyətləri vardır.

Açar sözlər: fəaliyyətlər, zehni inkişaf, inkişafın mərhələləri, inkişafın dəstəklənməsi

Mündəricat

Məqalə