Xülasə:  Müasir təhsil sistemi sürətlə dəyişən dünyada davamlı inkişaf və keyfiyyətli təhsil üçün planlaşdırma və konsepsiyanın effektiv inteqrasiyasını tələb edir. Planlaşdırma təhsil prosesinin məqsədyönlü, sistemli və ardıcıl şəkildə qurulmasını təmin edərkən, konsepsiya təhsilin ideoloji, metodoloji və stra- teji əsaslarını müəyyən edir. Məqalədə bu iki elementin sintezi təhsil sisteminin idarə olunmasında, resursların səmərəli istifadəsində və təhsil keyfiyyətinin yüksəldilməsində mühüm amil kimi təqdim edilir. Tədqiqat nəticələri göstərir ki, planlaşdırma və konsepsiyanın birlikdə tətbiqi təhsil siyasətinin məqsədlərinə nail olunmasını, idarəetmədə çevikliyi və adaptivliyi artırır, həmçinin gələcək təhsil strategiyalarının hazırlanması üçün elmi əsas yaradır. Məqalədə həmçinin planlaşdırma prosesinin mərhələləri, konsepsiyanın nəzəri və funksional çərçivəsi, eləcə də strategiya ilə qarşılıqlı əlaqəsi ətraflı təhlil olunur və onların birgə tətbiqinin üstünlükləri sistemli şəkildə təqdim edilir. Nəticədə, təhsildə bu yanaşmanın praktik tətbiqi idarəetmənin səmərəliliyini yüksəldir, resursların optimal istifadəsini təmin edir və təhsil keyfiyyətinin davamlı artımına zəmin yaradır.

Açar sözlər: təhsil keyfiyyəti, planlaşdırma, konsepsiya, inteqrasiya, effektivlik

Mündəricat

Məqalə