Xülasə: Tədqiqatın aktuallığı məktəblilərin özünütərbiyəsi, daxili motivasiyası və əxlaqi keyfiyyətlərinin formalaşdırılmasının
müasir pedaqoji yanaşmalarda xüsusi əhəmiyyət kəsb etməsindən irəli gəlir. Məqsəd, şagirdlərin daxili motivasiyasını artırmaq, öz üzərində işləmə bacarıqlarını inkişaf etdirmək və rəğbətləndirmə, cəza, tənqid və stimullaşdırma metodlarının təsirini araşdırmaqdır. Tədqiqatın materialı məktəblilərin davranış nümunələri, valideyn-uşaq qarşılıqlı təsiri və pedaqoji ədəbiyyat olmuş, metod kimi elmi-nəzəri təhlil, müqayisəli-təhlil və pedaqoji müşahidə istifadə edilmişdir. Nəticələr göstərir ki, şagird yalnız öz tələbləri ilə şəxsi keyfiyyətləri arasındakı ziddiyyəti dərk etdikdə daxili motivasiya və öhdəlik hissi inkişaf edir. Rəğbətləndirmə müsbət davranışı gücləndirir, cəza pis vərdişlərin qarşısını alır, tənqid isə çatışmazlıqları aradan qaldırmaq üçün vasitə olur. Yarış və stimullaşdırma şagirdin sosialvə əxlaqi keyfiyyətlərini möhkəmləndirir. Nəticə etibarilə, şagirdlərin özünütərbiyəsi yalnız fərdi yanaşma və balanslı metodlarla mümkündür. Rəğbətləndirmə, cəza, tənqid və stimullaşdırmanın məqsədyönlü istifadəsi onların daxili motivasiyasını artırır, məsuliyyət və intizam hissini möhkəmləndirir, sosial və əxlaqi keyfiyyətlərinin inkişafına töhfə verir.

Açar sözlər: Azərbaycan ailəsi, ailədaxili münasibətlər, uşaqların tərbiyəsi, milli-mənəvi dəyərlər, valideyn rolu, səmimiyyət, hörmət.
 

Mündəricat

Məqalə