Xülasə: Məqalədə Azərbaycan nağıllarında Şah Abbasa olan xalq münasibətinin müsbət və mənfi cəhətləri öyrənilir.
Sovet dövründə şahlara, xanlara mənfi münasibət aşılanmışdı. Nəticədə araşdırmalar sovet ideologiyasının təsirindən çox da kənara çıxa bilməmişdi. Bu da Şah Abbasla bağlı araşdırmaların düzgün aparılmasına o qədər imkan verməmişdi. Xalq həmişə adil və ədalətli hökmdarların hakimiyyətində olmasını arzulamışdır. Nağıllarda Şah oğlu Şah Abbas əsasən xalqla yaxın, ağıllı və ədalətli şah kimi təsvir olunur. “Şah Abbasla kəndli qızı”, “Qızıl təsbeh”, “Şahın tədbiri”, “Ağıllı gəlin”, “Qoca və uşaq”, “Həsən Qara” kimi nağıllar şahın xeyirxah, tədbirli və rəiyyət qeydinə qalan obrazını göstərir. Məqalədə Şah Abbasa xalq münasibətinin səbəbləri tarixi mənbələrə və keçmiş araşdırmalara əsasən öyrənilməyə çalışılmışdı. Bəzi qeyri-elmi yanaşmalara aydınlıq gətirilmiş, məsələnin elmi həllinə çalışılmışdı. Aydın olur ki, nağıllarda Şah Abbasa daha çox müsbət, bəzən də mənfi münasibət bəslənməsi sabiq şahın fəaliyyətinin bir çox məqamları ilə səsləşir. Tarixdə Şah Abbasın sərt, qəddar tədbirlərilə yanaşı, xeyirxah, ədalətli, qurucu fəaliyyəti daha çox olmuşdu. Bunlara görə Şah Abbas xalq arasında “adil şah” kimi tanınmışdır. Araşdırmalar göstərir ki, nağıllardakı Şah Abbas obrazının tarixi prototipi I Şah Abbasdır. Məqalənin aktuallığı, yeniliyi də bunların öyrənılməsidir.

Açar sözlər: Şah Abbas, nağıl, xalq münasibəti, adil şah, gerçəklik

Mündəricat

Məqalə