Xülasə: Riyaziyyatın əsas anlayışlarından biri olmaqla, təliminə ümumtəhsil məktəblərin VI sinifindən başlanılan funksiya anlayışı riyazi təfəkkürün bünövrəsi olmaqla elə olmalıdır ki, hesab bəhsindən tutmuş cəbr, həndəsə, statistika və ehtimal, triqonometriya və funksiyalar nəzəriyyəsinin əksər bölmələrinin tədrisində müstəsna rol oynasın. Riyaziyyatın, xüsusilə də funksiyanın tədqiqinə iki aspektdən yanaşmanın tədrisi texnologiyası orta məktəb şagirdlərinin məntiqi cəhətdən təfəkkürünün formalaşdırılmasına kömək edir, əlaqə yaratma bacarıqlarını və mühakimə etmə qabiliyyətlərini inkişaf etdirməklə, biliklərin əldə edilməsinə öz töhvəsini verir. Tədqiqatçı metodistlərin apardığı araşdırmalar təsdiq edir ki, funksiyanın araşdırılmasına iki aspektdən yanaşma şagirdlərə yalnız riyaziyyatın öyrədilməsində deyil, gündəlik həyatda da gərəkdir və bunlardan riyaziyyat dərslərində metodiki baxımdan düzgün istifadə edilərsə, müsbət nəticələrə nail olmaq olar. Beləliklə, belə bir problemin dərindən araşdırılmasına çox ehtiyac vardır. Bu isə mövzunun aktual olduğunu göstərir. Məqalənin məqsədi orta məktəblərin riyaziyyat təlimində törəməni tətbiq etməklə funksiyanın qrafikinin qurulmasınının metodik cəhətdən daha effektli yollarını araşdırmaqdır. Araşdırma zamanı induksiya və deduksiya, analiz və sintez, konkretləşdirmə və ümumiləşdirmə, mücərrədləşdirmə və analogiya təlim metodlarından istifadə edilmişdir. Praktik və nəzəri əhəmiyyəti: funksiyanın tədqiqinə iki aspektdən yanaşmanın tədrisi texnologiyasından məktəb təcrübəsində, müəllimə kömək üçün riyaziyyatdan dərs vəsaitlərinin hazırlanmasında və proqramların təhlilində istifadə etmək olar. Nəticə: qrafiklərin qurulmasında funksiyanın araşdırılmasına iki aspektdən yanaşmanın təlimi metodikası uzunmüddətli bir prosesdir və bu proses zamanı şagirdlərin məntiqi düşünmə bacarıqları, əqli qabiliyyətləri, yaradıcılığı, mühakimə yürütmə bacarığı və təfəkkürü inkişaf edir.

 

Açar sözlər: funksiya, funksiyanın qrafiki, məntiqi təfəkkür, elementar üsul, böhran nöqtələri, əyilmə nöqtəsi

Mündəricat

Məqalə