Xülasə: Məqalədə müasir dövrdə təhsilin rəqəmsallaşdırılması prosesinin mahiyyəti, aktual problemləri və inkişaf perspektivləri elmi-nəzəri baxımdan təhlil edilmişdir. Qlobal texnoloji dəyişikliklər fonunda rəqəmsal transformasiyanın təhsil sisteminə təsiri, onun pedaqoji, sosial və mədəni aspektləri araşdırılmışdır. Tədqiqatda göstərilir ki, təhsilin rəqəmsallaşdırılması yalnız texniki yenilənmə deyil, eyni zamanda təlim prosesinin məzmununun, formalarının və metodlarının dəyişdirilməsini şərtləndirən kompleks birprosesdir. Məqalədə “təhsilin rəqəmsallaşdırılması” anlayışına dair müxtəlif elmi yanaşmalar müqayisəli şəkildə təhlil olunmuş, rəqəmsal texnologiyaların tətbiqinin üstün və məhdud cəhətləri müəyyən edilmişdir. Xüsusi olaraq müəllimlərin və valideynlərin rəqəmsal səriştələrinin səviyyəsi, maddi-texniki təminat, infrastruktur problemləri və distant təhsilin tətbiqi zamanı ortaya çıxan çətinliklər diqqət mərkəzinə çəkilmişdir. Araşdırmanın nəticələri göstərir ki, təhsilin rəqəmsal inkişafı təhsil prosesinin əlça tanlığını və davamlılığını artırmaqla yanaşı, müəllim və şagirdlərdən daha yüksək uyğun laşma və özünütəşkil bacarığı tələb edir. Məqalədə təhsilin tam rəqəmsallaşdırılmasının yaxın perspektivdə mümkün olmadığı, lakin mərhələli və məqsədyönlü yanaşma əsasında həyata keçirilməsinin zəruri olduğu qənaətinə gəlinmişdir.
Açar sözlər: rəqəmsallaşma, təhsil, təhsildə texnologiyalar, rəqəmsal mədəniyyət, təhsilin modernləşdirilməsi




One Response