Xülasə: Məqalədə ali təhsil müəssisələrində təhsil alan tələbələrin universitetin sosial-mədəni mühitinə adaptasiyası
problemi nəzəri baxımdan araşdırılmışdır.Tədqiqatın məqsədi tələbələrin sosial-mədəni mühitə uyğunlaşmasına təsir göstərən sosial, psixoloji və pedaqoji amilləri müəyyənləşdirmək, bu prosesin onların şəxsi və peşəkar inkişafında rolunu əsaslandırmaqdan ibarətdir. Araşdırma əsasən nəzəri-analitik xarakter daşıyır, tədqiqat materialı kimi pedaqogika, sosial psixologiya və sosiologiya sahəsində yerli və xarici elmi mənbələrdən istifadə olunmuşdur. Tədqiqat zamanı nəzəri təhlil, müqayisəli yanaşma, sistemli təhlil və ümumiləşdirmə metodlarından faydalanılmışdır. Məqalədə tələbələrin ali məktəbin sosial-mədəni mühitinə uyğunlaşmasında mövcud olan ziddiyyətlər müəyyən edilmiş, adaptasiya prosesinin effektivliyinin ali təhsil müəssisələrində yaradılan təşkilati və pedaqoji şəraitdən asılı olduğu göstərilmişdir. Nəticə olaraq qeyd olunur ki, tələbələrin sosial-mədəni mühitə səmərəli uyğunlaşması onların təhsil uğurlarının yüksəlməsinə, peşəkar özünüreallaşdırmasına və gələcək mütəxəssis kimi formalaşmasına mühüm təsir göstərir. Bu baxımdan ali məktəblərdə tələbələrin uyğunlaşmasını təmin edən məqsədyönlü pedaqoji fəaliyyətlərin və dəstək mexanizmlərinin gücləndirilməsi zəruri hesab edilir.



