Xülasə: Müstəqil Azərbaycan Respublikasında təhsil sahəsində aparılan islahatlar, xüsusilə riyaziyyat fənninin tədrisi,şagirdlərin analitik düşüncəqabiliyyətinin inkişafı və riyazi bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Orta məktəbdə öyrədilən “Cəbr və analizin başlanğıcı” kursu şagirdlərin limit, kəsilməzlik, törəmə, inteqral və funksiyaların təhlili kimi riyazi anlayışlarla tanış olmasına imkan verir. Tədqiqatın əsas məqsədi orta məktəb riyazi analiz kursunda öyrədilən anlayışların – çoxluqlar, funksiyalar, limit, kəsilməzlik, törəmə, inteqral – şagirdlər tərə findən dərindən mənimsənilməsini təmin etmək, onların nəzəri biliklərini praktik bacarıqlarla birləşdirmək və fənlərarası əlaqələrin formalaşmasını araşdırmaqdır. Tədqiqat həm keyfiyyət, həm də kəmiyyət yanaşmalarını əhatə etmişdir. Keyfiyyət yanaşması çərçivəsində dərs müşahidələri, qrup müzakirələri və şagirdlərin problem həll etmə bacarıqları qiymətləndirilmişdir. Kəmiyyət yanaşması isə sorğu və test üsulları vasitəsilə aparılmış, şagirdlərin limit, kəsilməzlik və funksiyaların təhlili üzrə bilik səviyyəsi ölçülmüşdür. Beləliklə, riyazi analiz kursu şagirdlərə həm nəzəri, həm də praktik baxımdan riyazi bacarıqları inkişaf etdirməyə, fənlərarası əlaqələri düzgün araşdırmağa və riyaziyyatın tətbiqi sahələrini anlamağa imkan yaradır.
Açar sözlər: orta məktəb, ali təhsil, riyaziyyat, riyazi analiz, ətraf, limit, kəsilməzlik



