Xülasə:  Məqalədə tərcümənin xalqlar arasında elmi, mədəni, ədəbi, ticari və texnoloji əlaqələrin formalaşması və inkişafındakı rolu araşdırılmışdır. Tərcümənin müxtəlif xalqların və millətlərin bir-birini anlamasında, mədəniyyətlərarası dialoqun qurulmasında və ədəbi əlaqələrin genişlənməsində mühüm vasitə olduğu əsaslandırılmışdır. Tədqiqatda tərcümənin tarixi inkişaf mərhələləri, şifahi və yazılı tərcümə formalarının meydana gəlməsi, sərbəst və hərfi tərcümə prinsiplərinin tətbiq sahələri nəzərdən keçirilmişdir. Qədim dövrlərdən müasir dövrə qədər tərcümənin mədəni və ədəbi proseslərə təsiri “Rozetta daşı”, “Gilqamış haqqında epos”, eləcə də Azərbaycan ədəbiyyatına aid nümunələr əsasında təhlil olunmuşdur. Araşdırmada müqayisəli-tarixi yanaşma, məzmun analizi, struktur-semantik təhlilvə elmi-nəzəri ümumiləşdirmə metodlarından istifadə edilmişdir. Əldə olunan nəticələr göstərir ki, tərcümə yalnız dil hadisəsi deyil, həm də mədəniyyətlərin qarşılıqlı təsirini təmin edən sosial-mədəni mexanizmdir. Tərcümə fəaliyyəti milli ədəbi dilin zənginləşməsinə, bədii təfəkkürün inkişafına və beynəlxalq mədəni inteqrasiyanın güclənməsinə mühüm töhfə verir. Müasir qloballaşma şəraitində tərcümənin əhəmiyyəti daha da artmış və xalqlar arasında qarşılıqlı anlaşmanın əsas vasitələrindən biri kimi aktuallığını qoruyub saxlamışdır.

Açar sözlər: tərcümə fəaliyyəti, əməkdaşlıq, dil, şifahi, informasiya

 

Mündəricat

Məqalə