Rəyləndirmə sistemi
Jurnalda dərc edilən məqalələrin keyfiyyətini, etibarlılığını və elmi dəyərini təmin etmək üçün anonim (ekspert) rəyləndirmə mexanizmindən istifadə olunur. Rəyləndirmə prosesi daxil olan məqalə üzrə 1) redaksiya yoxlanışı; 2) rəyçilərin seçilməsi; 3) anonim rəylərin əldə edilməsi və 4) redaksiyanın qərarı mərhələlərindən ibarətdir. Məqalə daxil olduqdan sonra Baş redaktorun ( və ya müavinin) təqdimatı əsasında məsul katib tərəfindən onun mövzusunun jurnalın profilinə uyğunluğu plagiatın olub-olmaması və texniki tələblərə cavab verib-verməməsi yoxlanılır və rəyçılərin seçilməsi üçün uyğun elmi redaktora göndərilir. İxtisas üzrə elmi redaktor rəyçiləri müəyyənləşdirir və məqalə redaksiya heyətinin müəyyən etdiyi iki rəyçiyə göndərilir. Hər iki rəy müsbət olduqda məqalə qəbul edilir. Rəylərdən biri mənfi, biri müsbət olduqda məqalə üçüncü rəyçiyə göndərilir. Anonim rəyçilərin ekspert qiymətləndirmələri üzrə uyğun qərarı redaksiya heyətinin təyin edilmiş uyğun üzvü verir. Məqalə elmi jurnalın tələblərinə cavab verməzsə baxılmaq üçün qəbul edilmir və müəllifə geri qaytarılır. Çap üçün məqbul sayılmayan məqalə redaksiya heyətinin göstərdiyi təlimatlardan sonra müəllif tərəfindən düzəliş edilərək, yenidən baxılması üçün redaksiya heyətinə təqdim oluna bilər. Bu halda həmin əlyazmanın dərc edilib-edilməməsinə növbəlilik prinsipi əsasında qərar verilir.
Qeyd: Redaksiya heyəti məqalədə lazımi düzəlişlər etmək və məqalənin əsas məzmununa xələl gətirməyən ixtisarlar aparmaq hüququna malikdir.
