Xülasə: Məqalənin yazılmasında əsas məqsəd Azərbaycanın qədim dövrlər tarixini arxeoloji və yazılı mənbələr əsasında ətraflı şəkildə əsaslandırmaqdır. Yazılı mənbələr sinifli cəmiyyət yarandıqdan sonra meydana gəlmişdir. Tarixə dair sənədli mənbələrin üçüncü tipini yazılı abidələr təşkil edir. Tarixin tədrisində sənədli yazılı və maddi mənbələrdən istifadə edilməsinin böyük təhsil-tərbiyəvi əhəmiyyəti vardır. Bu sənədlər şagirdlərlə dövrün dili ilə danışaraq hadisəyə tənqidi münasibətin yaratmasını göstərir. Tarixi yazılı sənətləri şərti olaraq bir neçə qrupa bölünür. Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun tarixi ərazisinin sakinləri minilliklər ərzində zəngin mədəni irs qoyub getmişlər. Tarixi tədqiqatlarda yazılı qaynaqların böyük əhəmiyyəti var. Tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir. Arxeoloji qazıntılar nəticəsində tarixi hadisələrə verilən elmi qiymətlərin və öyrənilən materialarla dair çıxarılan digər nəticələrin məktəblilər üçün inandırıcı etmək lazımdır. Uşaqlar üçün həqiqi kimi qəbul etdikləri va mexaniki surətdə əzbərlədikləri ümumi müddalar deyil, fəal təfəkkür və emosional hisslər nəticəsində gəlib çıxdıqları nəticələr daha inandırıcı olur.
Açar sözlər: mənbələr, mixi yazılar, yaşayış məskənləri, daş kitabələr, arxealoji abidə, yazılı mənbələr



