Xülasə: Məqalədə şəxsi gigiyena qaydalarının cüdo ilə məşğul olan idmançılarda sağlamlıq, fiziki hazırlıq və məşq fəaliyyətinin səmərəliliyi üzərindəki rolu araşdırılmışdır. Tədqiqat göstərir ki, şəxsi gigiyena bədənin, dəri örtüyünün, saçların, dırnaqların və ağız boşluğunun müntəzəm təmizliyi idmançının funksional vəziyyətinə, fiziki dözümlülüyünə və xəstəliklərə qarşı müqavimətinə müsbət təsir göstərir. Yuxu rejiminin düzgün təşkili idmançının orqanizminin bərpasında və fiziki yüklənmələrə uyğunlaşmasında həlledici rol oynayır; yuxunun keyfiyyəti pozulduqda orqanizmin gərginliyə davamlılığı azalır və məşq prosesinin effektivliyi zəifləyir. Araşdırmada bədənin möhkəmləndirilməsi vasitələri kimi günəş, hava və su prosedurlarının sistemli və mərhələli tətbiqi xüsusiəhəmiyyət kəsb edir. Bu metodlar idmançıların soyuqdəymə və digər xəstəliklərə qarşı müqavimətini artırır, orqanizmin ümumi sağlamlıq göstəricilərini yaxşılaşdırır. Tədqiqatda elmi-nəzəri təhlil, müqayisəli təhlil, ümumiləşdirmə və pedaqoji təhlil metodlarındanistifadə olunmuş, həmçinin idman geyimlərinin və ayaqqabıların gigiyenik tələblərə uyğun seçilməsi, onların təmiz və saz vəziyyətdə saxlanması idmançıların sağlamlığı vəetik davranış baxımından qiymətləndirilmişdir. Nəticələr göstərir ki, cüdo idman növünün xüsusiyyətləri, xüsusilə məşq və yarışların ayaqyalın keçirilməsi, şəxsi gigiyena vəbədənin möhkəmləndirilməsi tədbirlərinə ciddi yanaşmanı zəruri edir. Sistemli gigiyena qaydalarına əməl edilmə idmançının fiziki hazırlığının yüksəldilməsinə, xəstəlik risklə rinin azaldılmasına və məşq prosesinin davamlılığının təmin olunmasına mühüm töhfə verir.
Açar sözlər: şəxsi gigiyena, idman, idmançı, fiziki gərginlik, dəri örtüyü, güləşçi



