Xülasə:   Məqalədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı əsassız erməni iddialarının dünya mətbuatında necə təbliğ olunduğu araşdırılır. Mövzunun aktuallığı ondan ibarətdir ki, hazırda informasiya müharibəsi şəraitində saxta tarixçilik və təhrif olunmuş mənbələrin geniş yayılması cəmiyyətin obyektiv tarixi biliklərinə ciddi təsir göstərir. Məqalənin məqsədi erməni diasporunun mətbuat vasitəsilə formalaşdırdığı yanlış təsəvvürləri ifşa etmək, bu iddiaların elmi-hüquqi əsassızlığını üzə çıxarmaq və Naxçıvanın qədim türk mədəniyyətinə məxsusluğunu sübut edən faktları elmi ictimaiyyətin diqqətinə çatdırmaqdır. Tədqiqatda tarixi-müqayisəli təhlil, mənbəşünaslıq yanaşması və diskurs analizi metodlarından istifadə edilmişdir. Əsas mənbə kimi erməni mətbu orqanları, Azərbaycan və dünya alimlərinin elmi araşdırmaları, həmçinin arxeoloji və epiqrafik materiallar müqayisəli şəkildə təhlil olunmuşdur. Araşdırmanın nəticələri göstərir ki, erməni mətbuatında Naxçıvanın “tarixi erməni torpağı” kimi təqdim olunması mifoloji süjetlərə və saxta tarixçilik üsullarına əsaslanır, lakin faktoloji və elmi dəlillərlə təsdiqlənmir. Əksinə, arxeoloji qazıntılar, yazılı mənbələr və toponimlər Naxçıvanın qədim dövrlərdən etibarən türk etnosunun yaşadığı ərazi olduğunu sübuta yetirir. Bu nəticə bir daha göstərir ki, Naxçıvan üzərində irəli sürülən erməni iddiaları beynəlxalq hüquq və elmi arqumentlərlə tam əsassızdır.

 

Açar sözlər:  Naxçıvan, erməni iddiaları, dünya mətbuatı, qəzet, jurnal

Mündəricat

Məqalə