Xülasə:  Məqalədə dialekt fonetikasının tədrisi, bu prosesdə qarşıya çıxan çətinliklər, onun metodoloji əsasları araşdırılmışdır. Burada göstərilir ki, dialekt fonetikasının tədrisi dilin tarixi inkişafı və zənginliyinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Bu gün şivələrin ədəbi dil qarşısında tədricən zəifləməsi və şivə fərqlərinin azalması mövzunun tədqiqinin aktuallığını şərtləndirir. Ali məktəblərdə dialektologiya fənni çərçivəsində fonetik xüsusiyyətlər dərindən araşdırılmalı və tələbələrə praktiki nümunələr təqdim edilməlidir. Bu sahədə araşdırmalar, demək olar ki, yox dərəcəsindədir. Tədrisdə dialektlərarası fonetik fərqlərin müqayisəsi, ədəbi dil ilə dialektlər arasında əlaqənin izahı və fonetik dəyişmələrin tarixi aspektlərinin öyrədilməsi mühüm əhəmiyyət kəsb edir. Bu zaman dialekt və şivələri müxtəlif dilçilik bölmələri üzrə sistemli, kompleks və ardıcıl şəkildə tədris etmək lazımdır. Lakin elmi ədəbiyyatlarda bununla bağlı tədqiqatlara rast gəlmirik. Məqalədə göstərilir ki, tədrisdə müxtəlif metodlardan istifadə etməklə bu prosesi daha effektiv etmək olar. Müqayisəli metod, eksperimental fonetika üsulu, interaktiv dərs metodları, layihə əsaslı öyrənmə bu metodlardan ən əsaslarıdır. Nəticə olaraq bu fənnin tədris prosesində daha geniş yer alması, dilçi mütəxəssislərin bu

 

Açar sözlər: dialekt, şivə, tədris, müqayisəli metod, eksperimental fonetika üsulu, interaktiv dərs metodları, layihə əsaslı öyrənmə

Mündəricat

Məqalə