Xülasə: Bu məqalədə məktəb riyaziyyat kursunun həndəsə məzmun xəttin- də qurma məsələlərinin tədrisinin pedaqoji əhəmiyyəti və bu məsələlərin şagird- lərin fəza təsəvvürlərinin inkişafındakı rolu araşdırılmışdır. Tədqiqatın məqsədi şagirdlərdə elementar qurma bacarıqlarını formalaşdırmaq, bu bacarıqları tətbiq etməklə mürəkkəb qurma məsələlərinin həllini asanlaşdırmaq və onların nəzə- ri əsaslarını izah etmə bacarığını inkişaf etdirmək olmuşdur. Tədqiqat zamanı elmi-nəzəri ədəbiyyatların analizi, məktəb riyaziyyat dərslərinin müşahidəsi, metodik materialların təhlili və didaktik modelləşdirmə üsullarından istifadə olunmuşdur. Məqalədə qurma məsələlərinin həlli prosesinin mərhələləri – analiz, qurma, isbat və araşdırma – pedaqoji yanaşma ilə izah olunmuş, elementar qurma məsələlərinin nümunələri və həll yolları təqdim edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, qurma məsələlərinin ardıcıl və mərhələli şəkildə tədrisi şagirdlərdə problemi anlama, həll yollarını tapma, isbat etmə və analiz etmə kimi mühüm idraki bacarıqların inkişafına xidmət edir. Əldə olunan nəticələr məktəb praktikasında tətbiq üçün əhəmiyyətlidir.
Açar sözlər: riyaziyyat təlimi, hən- dəsə məzmun xətti, qurma məsələsi, elementar qurmalar



