Xülasə: Müasir informasiya cəmiyyətində gənclərin dəyərlər sistemi və informasiya ehtiyacları cəmiyyətin sosial fəallığı, elmi və texnoloji inkişafı baxımından prioritet sahələrdən biridir. İnformasiya yalnız mənəvi deyil, həm də maddi və iqtisadi imkanlarla sıx bağlıdır və texnologiyanın sürətli inkişafı bu ehtiyacları daha da gücləndirir. Təhsil sistemi gənclərin informasiya ehtiyaclarını ödəmək, tənqidi və analitik düşüncə, yaradıcılıq, məsuliyyət və adaptasiya bacarıqlarını inkişaf etdirmək məqsədilə humanist, fərdiləşdirilmiş və texnologiya ilə inteqrasiya olunmuş olmalıdır. Araşdırmada analitik-deskriptiv və müqayisəli təhlil metodları, həmçinin sistemli yanaşma prinsipləri tətbiq olunmuş, gənclərin fərdi xüsusiyyətləri, motivasiyaları və informasiya ehtiyacları geniş şəkildə təhlil edilmişdir. Təhsil prosesində informasiya texnologiyalarının istifadəsi şagirdlərin bilik, yaradıcılıq və intellektual bacarıqlarının inkişafına dəstək verir, davamlı və adaptiv öyrənmə mühitini təmin edir. Nəticədə, informasiya cəmiyyətində adaptiv, inklüziv, fərdiləşdirilmiş və innovativ texnologiyalarla dəstəklənmiş təhsil sistemi formalaşdırılmalı, gənclərin məlumatlılıq və bacarıq səviyyəsinin yüksəlməsi təmin edilməlidir.
      Açar sözlər: informasiya cəmiyyəti, təhsil, gənclər, inteqrasiya, ehtiyac

 

Mündəricat

Məqalə