Xülasə:  Bu işin aktuallığı dedikdə tədqiqatçıların pedaqoji eksperiment vasitəsilə müasir təhsil tələblərinə cavab verən innovativ metodları tətbiq edərək, tədris prosesindəki çatışmazlıqları aşkar etmələridir. Pedagoji eksperiment təhsil sahəsində yenilikləri test etməklə yanaşı, tədris metodlarının və yanaşmalarının təkmilləşdirilməsinə də böyük töhfə verir. Tədqiqatçı hər bir mərhələdə diqqətli, planlı və məqsədyönlü olmalı, topladığı məlumatları obyektiv şəkildə təhlil etməlidir. Eksperimentin düzgün və təsirli olması üçün, tədqiqatçı əvvəlcədən planlaşdırılmış prosedurlara ciddi riayət etməli, həmçinin iştirakçıların şəraitini və motivasiyasını nəzərə almalıdır. Bu mərhələdə hər hansı bir dəyişiklik və ya müdaxilə olmamalıdır, çünki eksperimentin nəticələri, tədqiqatçının məqsədinə uyğun şəkildə toplanmış məlumatlara əsaslanmalıdır. Tədqiqatın aparılmasında əsas məqsəd ümumtəhsil məktəblərində pedaqoji eksperimentin rolunu və hər bir mərhələdə tədqiqatçının fəaliyyətini araşdırmaqdan ibarətdir. Pedaqoji eksperimentin hazırlanması və aparılması mərhələlərini araşdırmaq üçün müşahidə, sorğu və müqayisəli metodlardan istifadə edilmişdir. Yekun olaraq, sorğuların təhlili nətcəsində pedaqoji eksperiment müəllimlərin, şagirdlərin və təhsil müəssisələrinin inkişafına yönəlik strateji qərarların qəbul edilməsində böyük rol oynadığı nəticəsinə gəlinmişdir.

Açar sözlər: tədqiqat, eksperiment, şagird, müəllim, təcrübə, keyfiyyət

Mündəricat

Məqalə