Xülasə: Uşaqlarda əmək fəaliyyətinə marağın inkişaf etdirilməsi onların şəxsiyyətinin hərtərəfli formalaşmasında, sosial bacarıqlarının güclənməsində və cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Araşdırmanın məqsədi uşaqlarda əməksevərlik və məsuliyyət hissinin formalaşmasında sosial-psixoloji amillərin rolunu müəyyən etməkdir. Tədqiqat metodları kimi elmi-nəzəri analiz, müqayisəli təhlil, fəaliyyət əsaslı müşahidə və fərdi yanaşma tətbiq edilmişdi Nəticələr göstərir ki, uşaqların marağı valideyn dəstəyi, müəllim təşviqi, həmyaşıdlarla əməkdaşlıq və müsbət emosional mühitlə birbaşa bağlıdır. Motivasiya, təşviq, fərdi tapşırıqlar, komanda və layihə fəaliyyətləri uşaqların əməksevərlik, məsuliyyət, yaradıcılıq və əməkdaşlıq bacarıqlarını gücləndirir. Fərdi yanaşma uşaqların maraq və qabiliyyətlərinə uyğun fəaliyyətə cəlb olunmasına, uğur hissi yaşamasına və müsbət emosional təcrübə əldə etməsinə imkan verir. Beləliklə, əmək fəaliyyətinə marağın inkişaf etdirilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də uşaqların gələcək sosial və peşə fəaliyyətinə hazırlığı, məsuliyyətli və sosial baxımdan aktiv fərdlərin formalaşması baxımından əhəmiyyətlidir.
Açar sözlər: əmək fəaliyyəti, uşaqlar, sosial-psixoloji aspektlər, motivasiya, sosial bacarıqlar



