Xülasə: Məqalədə tarix fənninin tədrisində müasir təlim metodlarının rolu və əhə- miyyəti araşdırılır. Mövzunun aktuallığı XXI əsrdə təhsilin qarşısında duran əsas və- zifələrdən irəli gəlir. Belə ki, müasir dövrdə tədris prosesi yalnız faktların və biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda şagirdlərdə tənqidi və analitik düşüncə, yara- dıcı yanaşma, problem həll etmə və müstəqil öyrənmə bacarıqlarının formalaşdırılmasını hədəfləyir. Məqalənin məqsədi ənənəvi yanaşmalarla müqayisədə tarix dərslərində şagirdyön- lü, fəal və interaktiv təlim üsullarının üstünlüklərini təhlil etmək və onların praktiki tətbiq imkanlarını müəyyənləşdirməkdir. Tədqiqat prosesində layihə əsaslı öyrənmə, problem əsaslı təlim, rol oynama, debatlar, interaktiv xəritə və cədvəllərlə iş, İKT-dən istifadə və qrup işləri kimi metodların tədrisdə istifadəsinin pedaqoji imkanları araşdırılmışdır. Aparılan təhlillər göstərir ki, bu metodların tətbiqi şagirdlərin dərsə marağını artırır, onların öyrənmə prosesində aktiv iştirakını təmin edir və biliklərin praktik tətbiqinə şərait yaradır. Həmçinin şagirdlərdə hadisələr arasında əlaqə qurmaq, səbəb-nəticə münasibət- lərini anlamaq, tarixi prosesləri qiymətləndirmək və müqayisə etmək bacarıqları inkişaf edir. Nəticə olaraq, məqalə sübut edir ki, müasir təlim texnologiyalarının istifadəsi tarix fənninin tədris keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir, şagirdlərin sosial, intellektu- al və kommunikativ bacarıqlarını inkişaf etdirərək onların şəxsiyyət kimi formalaşması- na müsbət təsir göstərir.
Açar sözlər: təhsil, tədqiqat, tarix, müasir təlim metodları



