Xülasə: Məqalədə işin aktuallığında ekoloji problemlərin çoxalması, qloballaşması, müharibələrin baş verməsi, havaya buraxılan zərərli qazların mövcudluğu və s. amillərin ekoloji tarazlığın pozulması ilə nəticələnməsi göstərilmiş, bunun qarşısını almaq üçün, kiçikyaşlı məktəblilərin ekoloji tərbiyəsinin təşkilinə xüsusi diqqətin artırılması kimi məsələlərə toxunulmuşdur. Bu ekoloji problemlərin qarşısını almaq üçün ekoloji mədəniyyəti kiçik yaşda olan şagirdlərdə aşılamaq önəmli istiqamətlərdən sayılır. Yetişən gənc nəsilə verilən ekoloji tərbiyə mühafizəkar təbiət yaratmaq deməkdir. Bu tədqiqatda ibtidai siniflərdə ekoloji mədəniyyətin formalaşdırılması yollarını müəyyənləşdirmək məqsədilə əsasən nəzəri və empirik yanaşmalardan istifadə olunmuşdur. Ekoloji mədəniyyətin inkişafını ibtidai sinifdə təlim-tərbiyə prosesində aşılayaraq şagirdlərə təbiətlə bağlı söhbətlər etmək, diskussiyalar aparmaq, ekskursiyalar təşkil etmək, ekoloji oyunlar təşkil etmək mühüm məsələlərdəndir. Həmçinin, ibtidai sinifdə “Həyat bilgisi”, “Azərbaycan dili” dərsliklərində olan təbiətə qayğıkeş münasibəti aşılayan mövzuların ekoloji tərbiyənin formalaşması və inkişafında mühüm rola malik olduğu vurğulanmışdır.

Açar sözlər: təlim, şagird, ekoloji mədəniyyət, ekoloji tərbiyə, ekoloji oyun

Mündəricat

Məqalə