Xülasə: Müasir təhsil sistemi emosional zəkanı ilk sıraya, daha sonra intellektual zəkanı əsas götürür. Məhz, bu baxımdan yaradıcı təfəkkürün təhsil sistemində tətbiqi emosional zəkaya əsaslanır və şagirdlərin emosional zəkası müasir dövrün ən aktual məsələlərindən biridir. Tədqiqatın məqsədi, kiçik məktəblilərin və yeniyetmələrin yaradıcı təfəkkürünün psixoloji xüsusiyyətlərini öyrənmək,onun məqsədyönlü inkişaf metodlarını əsaslandırmaq və sınaqdan keçirməkdir. Bu tədqiqatın nəzəri və praktiki əhəmiyyəti, Ümumtəhsil məktəblərinin müasir təcrübəsinə əsasən və uyğun beynəlxalq standartlara müvafiq məlumatların əldə edilməsi məqalənin praktik əhəmiyyətini artırır. Təhsil sahəsində çalışanlar üçün faydası resurs hesab olunur. Tədqiqatın araşdırılmasında praktiki müşahidə metodlarından istifadə edilmişdir. Aparılan tədqiqat təsdiqlədi ki, yaradıcı düşüncə müasir dünyada uğur qazanmaq üçün lazım olan kritik bacarıqdır. Yaradıcı təfəkkür bacarıqlarının inkişafı həm psixoloji, həm də pedaqoji yanaşma tələb edir. Maraq, fərqli düşüncə, möhkəmlik, çeviklik və müsbət münasibət yaradıcı təfəkkürün inkişafında mühüm psixoloji cəhətlərdir. Yaradıcılığın təşviqi, problem əsaslı öyrənmə, əməkdaşlıq və düşüncə yaradıcı təfəkkürün inkişafının ən mühüm pedaqoji aspektləridir. Şagirdlərin yaradıcılığını, tənqidi təfəkkürünü və problem həll etmə bacarıqlarını inkişaf etdirməklə pedaqoqlar onları gələcək uğura hazırlamağa kömək edir.
Açar sözlər: yaradıcı təfəkkür, məktəblilər, pedaqoji aspektlər, psixoloji inkişaf, təhsil



