Xülasə:  Məqalədə Avropa İttifaqının (Aİ) enerji təminatı təhlükəsizliyini Ukrayna-Rusiya müharibəsi kontekstində təhlil edir. Enerji təhlükəsizliyi, müasir dövrdə dövlətlərin iqtisadi inkişafı və geosiyasi strategiyalarının əsas elementlərindən biri hesab edilir. Aİ uzun müddət ərzində Rusiyadan enerji asılılığını azaltmaq və enerji təchizatını diversifikasiya etmək məqsədilə müxtəlif strategiyalar qəbul etmişdir. Lakin 24 fevral 2022-ci ildə başlayan müharibə bu siyasətləri daha da sürətləndirmiş, yeni enerji mənbələri və tədarük marşrutlarının axtarışını aktuallaşdırmışdır. Məqalə çərçivəsində enerji təhlükəsizliyi anlayışı konseptual və tarixi baxımdan araşdırılmış, Aİ-nin enerji siyasətində baş verən dəyişikliklər və bu siyasətin qarşısında duran əsas risklər qiymətləndirilmişdir. Xüsusilə, geosiyasi qeyri-müəyyənliklər, iqtisadi məhdudiyyətlər və iqlim dəyişikliyi ilə bağlı çağırışlar Aİ-nin enerji strategiyalarına təsir edən əsas amillər kimi göstərilmişdir. Bununla yanaşı, bərpa olunan enerji mənbələrinə keçid, enerji şaxələndirilməsi və enerji qənaəti siyasətləri Aİ üçün uzunmüddətli həll yolları kimi nəzərdən keçirilmişdir. Araşdırmanın nəticələri göstərir ki, Aİ-nin enerji təhlükəsizliyini tam təmin etmək üçün bərpa olunan enerji sektoruna daha çox investisiya qoyması, alternativ tədarük marşrutları yaratması və enerji siyasətini vahid şəkildə koordinasiya etməsi zəruridir. Məqalə, həmçinin Aİ-nin enerji siyasətində gələcək perspektivlərə dair tövsiyələr irəli sürür və enerji təhlükəsizliyinin davamlı inkişaf üçün əhəmiyyətini vurğulayır.

 

Açar sözlər: Avropa İttifaqı, enerji təhlükəsizliyi, Ukrayna-Rusiya müharibəsi, enerji diversifikasiyası, bərpa olunan enerji

Mündəricat

Məqalə