Xülasə: Məqalədə orta əsrlər dövründə Naxçıvan bölgəsində yaradılmış müsəlman epiqrafikası abidələri əsasında qadınlara verilən titul və müraciət for- malarının tarixi, semantik və sosial-mədəni aspektləri araşdırılmışdır. Tədqiqat göstərir ki, bu dövrün ictimai münasibətləri çərçivəsində qadınlara “xatın”, “xanım”, “bikə”, “banu”, “şahbanu” kimi titullarla müraciət edilməsi onların yaşına, ailə vəziyyətinə, ictimai statusuna və dini mənsubiyyətinə uyğun olaraq müəyyən olunmuşdur. Məqalədə Möminə xatın, Qudi xatın, Həvva Bədr bikə xatın, Ziba xanım, Banu şahbikə, Qureyş şahbanu, Mikeysə xanım və digər ta- rixi şəxsiyyətlərin timsalında bu titul və epitetlərin konkret istifadəsi epiqrafik mətnlər əsasında təhlil olunmuşdur. Tədqiqatın nəticələri göstərir ki, qadınlara verilən bu titullar sadəcə rəs- mi-məişət müraciətləri deyil, həm də onların cəmiyyətdəki nüfuzunu, dini və mənəvi keyfiyyətlərini, sosial statusunu və ailə mənsubiyyətini əks etdirən mühüm identifikasiya vasitəsidir. Epiqrafik yazılar qadınların ictimai həyatda fəal iştirak etdiyini, bəzən siyasi və dini proseslərə təsir göstərdiyini sübut edən dəyərli tarixi mənbə rolunu oynayır. Məqalə bu baxımdan Azərbaycan qadınının tarixi və sosial vəziyyətinin daha dərindən öyrənilməsinə mühüm töhfə verir
Açar sözlər: Naxçıvan, epiqrafik abidə, kitabə, xatın, banu, bikə, xanım



