Xülasə: “Azərbaycan tarixi” fənninin tədrisində mühazirə, seminar və auditoriyadankənar dərslərin qarşılıqlı və məqsədyönlü istifadəsi tələbələrin bilik səviyyəsinin, analitik düşüncəsinin və motivasiyasının inkişafına mühüm təsir göstərir. Mühazirələr sistemli məlumatın mənimsənilməsini təmin edir, seminarlar isə tələbələrin tənqidi və problem həll etmə bacarıqlarını gücləndirir. Auditoriyadankənar fəaliyyətlər fənnə olan marağı artırır və öyrənməyə əlavə həvəs yaradır. Müxtəlif tədris formalarının tətbiqi nəticələrin yüksəlməsinə və tədris prosesinin daha səmərəli həyata keçirilməsinə şərait yaradır. Tədqiqatın məqsədi “Azərbaycan tarixi” fənnində mühazirə, seminar və auditoriyadankənar dərslərin tətbiqinin tələbələrin bilik səviyyəsinə, analitik bacarıqlarına və motivasiyasına təsirini sistemli şəkildə araşdırmaqdır. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, fənnin tədrisində müxtəlif dərs formalarının birlikdə tətbiq olunması öyrənmə prosesini daha səmərəli edir. Tədqiqat “Azərbaycan tarixi” fənninin tədrisində müxtəlif dərs formalarının rolunu nəzəri cəhətdən izah edir. Tədqiqatın praktik əhəmiyyəti isə ondan ibarətdir ki, tədqiqat tədris prosesinin yaxşılaşdırılmasına kömək edərək müəllimlər üçün dərs prosesində praktik tövsiyə kimi istifadə oluna bilər. Tədqiqat belə nəticəyə gəlməyə imkan verir ki, müxtəlif öyrənmə üsullarının birlikdə tətbiq olunması tələbələrin tədris nəticələrinin yaşılaşdırılmasına kömək edə bilər.
Açar sözlər: Azərbaycan tarixi, tədris metodları, mühazirə, seminar, auditoriyadankənar dərslər, tədris nəticələri, tarixi biliklərin mənimsənilməsi, təhsil texnologiyaları, təhsil innovasiyaları, tədris keyfiyyəti



