Xülasə: Bu tədqiqatın məqsədi ibtidai siniflərdə riyaziyyat və informatika fənlərinin inteqrativ təlim modelinin tətbiqini araşdırmaq, müəllimlərin rəqəmsal texnologiyalardan istifadəsini və şagirdlərin bilik, bacarıq və rəqəmsal səriştələrinin inkişaf səviyyəsini qiymətləndirmək olmuşdur. Araşdırma Naxçıvan şəhərinin 7, 12 və 17 №-li tam orta məktəblərində aparılmış, ümumilikdə 95 şagird və 9 ibtidai sinif müəllimi tədqiqat çərçivəsində müşahidə və sorğulara cəlb olunmuşdur. Tədqiqatın metodologiyasına dərs müşahidələri, müəllim və şagird sorğuları, həmçinin müqayisəli və statistik təhlil üsulları daxildir. Müşahidələr dərslərin gedişi zamanı şagirdlərin fəallığını, müəllimlərin pedaqoji yanaşmalarını və rəqəmsal vasitələrdən istifadə səviyyəsini qiymətləndirməyə imkan vermişdir. Sorğular isə müəllim və şagirdlərin inteqrativ təlim modelinə münasibətini və onun öyrənmə nəticələrinə təsirini müəyyənləşdirmişdir. Nəticə olaraq, ibtidai təhsil səviyyəsində riyaziyyat və informatika fənlərinin inteqrasiyası şagirdlərin idrak fəaliyyətinin gücləndirilməsi, məntiqi təfəkkürünün inkişafı və rəqəmsal savadlılığının formalaşdırılması baxımından səmərəli bir pedaqoji yanaşma kimi qiymətləndirilə bilər. Bu inteqrativ modelin geniş tətbiqi təhsilin keyfiyyətinin yüksəldilməsinə və müasir təlim tələblərinə uyğun mütəxəssis hazırlığına töhfə verə bilər.

  Açar sözlər: ibtidai sinif, fənlərin inteqrasiyası, şagird nailiyyətləri, rəqəmsal səriştə

Mündəricat

Məqalə

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.