Xülasə:   Ali məktəb tələbələrinin müstəqilliyinin inkişafı, müasir təhsil sis- temində ən vacib məsələlərdən biridir. Müstəqillik, tələbələrin özünüidarəetmə, tənqidi düşüncə, məsuliyyətli qərar vermə və problemləri həll etmə qabiliyyətlərini inkişaf etdirir ki, bu da onların gələcək karyeralarında və sosial həyatlarında müvəffəqiyyət əldə etmələrinə kömək edir. Tədqiqatın məqsədi tələbələrin müstəqilliklərini inkişaf etdirən pedaqoji metodları araşdırmaq, onların effektivliyini müəyyənləşdirmək və bu metodların təhsildə tətbiqini təhlil etməkdir. Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti, müstəqilliyin inkişafına təsir edən müxtəlif yanaşmaların tətbiqi ilə tələbələrin sosial, intellektual və şəxsi inkişafını gücləndirmək baxımından böyükdür. Tədqiqat çərçivəsində özünüidarəetmə bacarıqları, tənqidi düşüncə, sosial fəaliyyətlər və İKT əsaslı interaktiv tədris metodları geniş şəkildə araşdırılmışdır. Tədqiqatın aparılmasında müsahibə, müşahidə və təhlil metodlarından istifadə olunmuşdur. Tədqiqat nəticələri göstərmişdir ki, müstəqilliyi inkişaf etdirən interaktiv və praktiki yanaşmalar tələbələrin motivasiyasını artırır, onlara daha müstəqil qərar vermə və sosial məsələlərdə aktiv iştirak etmə bacarıqları qazandırır. Eyni zamanda, müstəqil düşüncə və özünüidarəetmə bacarıqlarını artıran tədris yanaşmalarının tələbələrin akademik və sosial həyatına müsbət təsir etdiyi sübut edilmişdir. Tədqiqatın nəticələri gələcəkdə daha müstəqil və məsuliyyətli nəsillərin yetişdirilməsi üçün innovativ tədris metodlarının tətbiqinin vacibliyini göstərir.

Açar sözlər: müstəqillik, tələbə inkişafı, pedaqoji metodlar, özünüidarəetmə, tənqidi düşüncə, sosial fəaliyyət, interaktiv təlim

Mündəricat

Məqalə