Xülasə: Təhsil sistemində vətənpərvərlik tərbiyəsinin inkişafı müasir dövrün ən aktual məsələlərindən biridir. Bu tərbiyə, şagird və tələbələrin yalnız nəzəri biliklər əldə etməsi ilə məhdudlaşmır, həm də onların milli-mənəvi dəyərlərə bağlılığını artıraraq, cəmiyyətin fəal və vətənpərvər üzvləri kimi formalaşmasına xidmət edir. Tədqiqatın məqsədi vətənpərvərlik tərbiyəsinin formalaşmasına təsir göstərən pedaqoji metodları araşdırmaq, onların effektivliyini müəyyənləşdirmək və təhsildə tətbiq edilən yanaşmaları təhlil etməkdən ibarətdir. Bu tədqiqatın nəzəri və praktiki əhəmiyyəti, müasir metod və yanaşmaların tətbiqi ilə vətənpərvərlik tərbiyəsinin keyfiyyətinin artırılması və şagirdlərin vətənə bağlılıq səviyyəsinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tədqiqat çərçivəsində tarixi və mədəni irsə əsaslanan metodlar, bədii və ədəbi yanaşmalar, sosial fəaliyyətlər, dramatizasiya və İKT əsaslı interaktiv dərs metodları araşdırılmışdır. Tədqiqatın ararılmasında müəyyənedici, tətbiqi və qiymətləndirici mərhələlər üzrə sorğu, müsahibə, müşahidə, eksperiment və interaktiv təlim metodlarından istifadə olunmuşdur. Aparılan tədqiqat təsdiqlədi ki, vətənpərvərlik tərbiyəsinin inkişafında inteqrativ və inte- raktiv metodların tətbiqi mühüm rol oynayır və bu yanaşmalar şagirdlərin motivasiyasını artıraraq onları milli-mənəvi dəyərlərə daha dərindən yiyələnməyə təşviq edir. Tədqiqat nəticələri göstərmişdir ki, müasir pedaqoji texnologiyaların tətbiqi və yaradıcı yanaşma- ların inkişaf etdirilməsi, gələcəkdə daha uğurlu və vətənpərvər nəsillərin yetişdirilməsinə şərait yaradacaqdır

Açar sözlər: vətənpərvərlik tərbiyəsi, pedaqoji metodlar, milli-mənəvi dəyərlər, sosial fəaliyyət, interaktiv təlim

Mündəricat

Məqalə