Xülasə: Kiçik məktəbyaşlı uşaqların psixi inkişafı cəmiyyətin gələcəyi üçün fundamental əhəmiyyətə sahibdir. Təhsil mühitinin bu yaş dövründəki uşaqların psixi inkişafına təsiri aktualdır, çünki erkən yaşda formalaşmağa başlayan xüsusiyyətlər gələcəkdə şəxsiyyətin və onun akademik uğurunun bünövrəsini qoyur. Bu səbəbdən effektiv təhsil mühitinin təşkili və uşaqların psixi inkişafını dəstəkləyən metodların tətbiqi mühüm araşdırma mövzusudur. Araşdırmanın məqsədi kiçik məktəbyaşlı uşaqların psixi proseslərinin formalaşmasında təhsil mühitinin rolunu və onun inkişafına təsir edən faktorları aydınlaşdırmaqdır. Eyni zamanda, uşaqların bacarıqlarına təsir edən əsas təhsil mühiti amillərini təhlil edərək, uşaqların psixi inkişafını dəstəkləyən effektiv yanaşmaları üzə çıxarmaq tədqiqatın əsas məqsədidir. Araşdırmanın daha dəqiq və elmi əsaslı olması üçün məqalədə teorik təhlil, müşahidə, sorğu və müsahibə metodlarından istifadə edilmişdir. Alınan nəticələrə əsasən qeyd etmək olar ki, təhsil mühiti kiçik məktəb yaşlı uşaqların psixi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Həmçinin müşahidələr göstərir ki, stresli və motivasiyasız təhsil mühiti uşaqlarda özgüvən azlığı, idrak aktivliyinin olmaması və emosional çətinliklərə səbəb ola bilər. Sorğu və müsahibə əsasında əldə edilən məlumatlar göstərir ki, valideyn və müəllimlərin birgə əməkdaşlığı uşaqların psixi proseslərinin inkişafını daha da gücləndirir. Psixoloji və pedaqoji yanaşmaların təhlili gələcək tədqiqatlar üçün baza rolunu oynayır
Açar sözlər: kiçik məktəb yaşı, psixi proseslər, təhsil mühiti, psixi inkişaf



