Xülasə: Bu tədqiqat İngilis dilində affirmativliyin, yəni təsdiq formasının ifadə və tədrisini araşdırır. Aktualdır ki, ingilis dilində cümlə tipləri arasında ən çox yayılmış və gündəlik ünsiyyətdə dominant olan affirmativ formadır. Təsdiq forması həm qrammatik, həm semantik, həm də kontekstual (pragmatik) baxımdan xüsusi əhəmiyyət kəsb edir və cümlələrin mənasının düzgün qavranılmasında əsas rol oynayır. Məqsəd affirmativliyin struktur və funksional xüsusiyyətlərini müəyyən etmək, həmçinin onun tədris materiallarında necə təqdim olunduğunu öyrənməkdir. Tədqiqatda metod kimi dərsliklər, təlim materialları, bədii və tədris mətnləri üzərində müşahidə və analiz aparılmışdır. Həmçinin tələbə yönümlü fərdi və qrup fəaliyyəti, yazılı və şifahi tapşırıqlar vasitəsilə affirmativliyin öyrənilməsi təmin edilmişdir. Belə yanaşma öyrənənlərin biliklərini sistemləşdirməyə və təsdiq formalarının istifadəsini praktikada dərk etməyə imkan verir. Nəticələr göstərir ki, ingilis dilində cümlələrin böyük əksəriyyəti affirmativ formada olub, həm hərəkətli, həm hərəkətsiz cümlələrdə, həm də bədii və akademik mətnlərdə geniş istifadə olunur. Affirmativliyin öyrənilməsi qrammatik biliklərin dərinləşdirilməsi, dil bacarıqlarının inkişafı və tədris prosesinin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
        Açar sözlər: təsdiq, affirmativlik, cümlə, dil, semantika 
 

Mündəricat

Məqalə