Xülasə: Nitq və cümlə qurmaq bacarıqları insanın şəxsiyyətinin formalaşmasında, təhsil və peşə fəaliyyətində mühüm rol oynayır.
Şagirdlərin nitq mədəniyyətinə yiyələnməsi və kommunikativ səriştələrinin inkişaf etdirilməsi müasir təhsildə prioritet məsələdir. Tədqiqatın məqsədi şagirdlərin cümlə qurmaq vərdişlərini inkişaf etdirmək, onların şifahi və yazılı nitqini aydın, məntiqli və ifadəli formada formalaşdırmaqdır. Tədqiqatın materialı kimi Azərbaycan dili dərslikləri, mətn nümunələri, yaradıcı tapşırıqlar və müəllimlərin iş dəftərləri istifadə edilmişdir. Nəzəri biliklərin mərhələli şəkildə mənimsədilməsi, yaradıcı çalışmalar və mətn üzərində tapşırıqlar şagirdlərin cümlə qurmaq bacarıqlarını möhkəmləndirmişdir. Interaktiv metodlar elektron lövhələr, video materiallar və təqdimatlar dinləmə, oxuma və şifahi ifadə qabiliyyətlərini inkişaf etdirmişdir. Tədqiqat göstərdi ki, cümlə qurmaq vərdişlərinin inkişafı şagirdlərin nitq mədəniyyətinin formalaşmasında əsas rol oynayır. Yaradıcı və interaktiv metodların sintezi şagirdlərin kommunikativ bacarıqlarını effektiv şəkildə artırır, onların fikirlə rini düzgün, aydın və məntiqli ifadə etmələrinə şərait yaradır. Cümlə qurmaq bacarıqlarının məqsədyönlü inkişafı tədris prosesində vacib prioritetdir və gələcək təhsilvə peşə fəaliyyətində nitq və təqdimat qabiliyyətlərinin səmərəli nümayişinə zəminyaradır. Davamlı metodik araşdırmaların aparılması tövsiyə olunur.
Açar sözlər: məktəb, nitq, kurikulum, dil qaydaları, qrammatik norma, alt standart



