Xülasə:
Məqalədə hərbi ixtisas fənlərinin tədrisi prosesində hərbi-vətənpərvərlik tərbiyəsinin pedaqoji mahiyyəti,
onun məzmun və formalaşdırılma xüsusiyyətləri elmi-nəzəri baxımdan araşdırılmışdır. Tədqiqatın əsas məqsədi ali təhsil müəssisələrində, xüsusilə hərbi hazırlıq fənlərinin tədrisi zamanı gənclərdə vətənpərvərlik şüurunun, dövlətçilik təfəkkürünün və Azərbaycan Silahlı Qüvvələrinə mənəvi-psixoloji hazırlığın formalaşmasında bu fənlərin rolunu müəyyənləşdirməkdir.Araşdırma çərçivəsində hərbi-vətənpərvərlik tərbiyəsinin tarixi, mənəvi və sosial əsasları, eləcə də bu sahədə formalaşmış pedaqoji yanaşmalar təhlil edilmiş, ailənin, təhsil müəssisələrinin və ictimai mühitin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti əsaslandırılmışdır. Elmi-nəzəri ədəbiyyatın müqayisəli və sistemli təhlili əsasında hərbi hazırlıq dərslərinin təlim-tərbiyə imkanları müəyyən olunmuş, hərbi-didaktik prinsiplərə əsaslanan tədrisin tərbiyəvi potensialı ön plana çəkilmişdir. Tədqiqatın nəticələri göstərir ki, hərbi ixtisas fənlərinin məqsədyönlü, ardıcıl və sistemli şəkildə təşkili gənclərdə vətənə sədaqət, milli dəyərlərə bağlılıq, orduya hörmət və vətəndaş məsuliyyəti kimi keyfiyyətlərin formalaşmasına mühüm təsir göstərir. Nəticə etibarilə, hərbi-vətənpərvərlik tərbiyəsinin tədris prosesi ilə ictimai mühitin vəhdəti şəraitində həyata keçirilməsi milli təhlükəsizliyin möhkəmləndirilməsi və vətəndaş mövqeyinə malik gənc nəslin yetişdirilməsi baxımından aktual pedaqoji əhəmiyyət kəsb edir.
Açar sözlər: hərbi, fənn, hərbi vətənpərvərlik, tərbiyə, ordu, yeniyetmə



