Xülasə: Bu məqalədə Azərbaycan ailəsində ailədaxili münasibətlərin formalaşması, uşaqların tərbiyəsində valideynlərin və ətraf mühitin rolu, eləcə də milli-mənəvi dəyərlərin qorunması və nəsildən-nəslə ötürülməsi məsələləri araşdırılmışdır. Tədqiqatın nəticələrinə görə, ailə uşaqların əxlaqi, mənəvi, intellektual və emosional inkişafında əsas sosial mühitdir. Valideynlərin övladlara qarşı məsuliyyətli, tələbkar və eyni zamanda səmimi münasibəti onların şəxsiyyətinin formalaşma sında həlledici əhəmiyyətə malikdir. Azərbaycan ailəsində ailədaxili münasibətlər etnik xüsusiyyətlər, böyüklərə və qadınlara hörmət, qarşılıqlı etimad və səmimiyyət prinsipləri əsasında qurulur. Tarixi mənbələr, o cümlədən C.Məmmədquluzadə və digər maarifpərvər ziyalıların əsərləri göstərir ki, ailədə tərbiyə övladla ra əməyə hörmət, doğruluq, vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və etika prinsiplərini aşılamaq üçün əsas vasitədir. Məqalədə həmçinin uşaqların tərbiyəsində ananın, atanın və ailənin digər üzvlərinin rolu, eləcə də ailə başçısının nüfuzu və etimad əsasında qurulan münasibətlərin əhəmiyyəti vurğulanmışdır. Müasir dövrdə də ailədaxili münasibətlər ənənəvi adət-ənənələr və milli dəyərlərə əsaslanaraq qurulur. Uşaqların tərbiyəsində əsas prinsip qarşılıqlı hörmət, səmimiyyət, doğru ünsiyyət, əmək və əxlaq tərbiyəsidir. Məktəb, geniş sosial mühit və ictimai təsirlər də uşaqların şəxsiyyətinin inkişafına yardımçı olur, lakin ailənin rolu hələ də önəmli olaraq qalır. Nəticədə, Azərbaycan ailəsi yalnız övladların tərbiyəsində deyil, həm də milli kimliyin qo runması, gələcək nəsillərin vətənpərvər, mədəni və mənəvi cəhətdən yetkin şəxsiyyət kimi yetişdi rilməsində əsas sosial institut olaraq çıxış edir. Məqalə göstərir ki, ailədaxili münasibətlərin sağlam və səmimi qurulması uşaqların əxlaqi, sosial və emosional inkişafının təmin
edilməsində kritik əhə miyyət kəsb edir.
Açar sözlər: Azərbaycan ailəsi, ailədaxili münasibətlər, uşaqların tərbiyəsi, milli-mənəvi dəyərlər, valideyn rolu, səmimiyyət, hörmət.



