Xülasə: Tədqiqatın məqsədi gələcək riyaziyyat müəllimlərinin peşə hazırlığında tətbiqi məsələlərdən istifadənin səmərəliliyinin elmi-metodiki əsaslandırılmasıdır. Tədqiqatın metodologiyasını ali məktəblərdə riyaziyyatın tədrisinin tətbiqi aspektləri, tədris metodları və təhsil fəaliyyətinin təşkili, o cümlədən riyaziyyatın tədrisi, gələcək riyaziyyat müəllimlərinin metodik hazırlığının tədqiqi və riyazi məsələlərin həllinin öyrədilməsinin nəzəri əsasları təşkil edir. Tədqiqatın praktiki əhəmiyyəti ali təhsilin əsas tələblərinə cavab verən riyaziyyat fənlərinin tədrisi və riyaziyyatçı tələbələrin peşə hazırlığının təkmilləşdirilməsi prosesində tətbiqi məsələlərin əsaslandırılmış elmi-metodiki modelindən ibarətdir. Tədqiqatın orijinallığı və elmi yeniliyi dedikdə riyaziyyatın tətbiqi tədrisinin psixoloji və pedaqoji əsasları öyrənilmişdir, universitetdə riyaziyyat fənlərinin tədrisində tətbiqi məsələlərin seçilməsi və istifadəsinə dair tələblər formalaşdırılıb və riyaziyyat fənlərinin tədrisində tətbiqi məsələlərin elmi-metodiki modeli işlənib hazırlanmışdır ki, bu da gələcək riyaziyyat müəllimlərinin peşə hazırlığının yüksəldilməsinə öz töhfəsini verir Tədqiqatın nəticələri. Tədqiqatda gələcək riyaziyyat müəllimlərinin hazırlanmasında riyaziyyat fənlərinin tədrisində tətbiqi məsələlərin layihələndirilməsi və həlli üçün tədris metodikası problemləri araşdırılır. Təqdim olunan tətbiqi məsələlərin elmi-metodiki modeli orta məktəb riyaziyyat müəllimlərinə, tələbələrə, magistrantlara, doktorantlara və universitetin gənc müəllimlərinə metodik köməklik göstərə bilər.

     Açar sözlər: tətəbiqi məsələ, modelləşdirmə, təhsil, təfəkkür, üsul, model 

Mündəricat

Məqalə