Xülasə:   Məqalədə baş kələmin becərilməsinin elmi-əməli təcrübəsindən danışılır. Qeyd olunur ki, baş kələmin becərilməsinin üçün optimal torpaq şəraiti, sələf bitkiləri və torpağın hazırlanma texnologiyası araşdırılır. Mövzunun aktuallığı kənd təsərrüfatında məhsuldarlığın artırılması və torpaq resurslarının səmərəli istifadəsi ilə bağlıdır. Məqalənin məqsədi müxtəlif torpaq növlərində baş kələmin məhsuldar yetişdirilməsi üçün aqrotexniki tələblərin müəyyənləşdirilməsidir. Tədqiqatda çimli-kül mineral torpaqlar və torflu-bataqlıq torpaqların fiziki-kimyəvi xüsusiyyətləri müqayisə edilir. Çimli-kül mineral torpaqlarda pH 6,5–7,0, humus miqdarı ən azı 2%, fosfor və kaliumun mütəhərrik formaları isə 200–250 mq/kq səviyyəsində olmalıdır. Torflu-bataqlıq torpaqlarda pH 5,0–5,5, torfun dağılma dərəcəsi ən azı 50%, qrunt sularının səviyyəsi isə 60 sm-dən çox olmamalıdır. Torpaq məhlulunda duzların qatılığı kələm cücərtiləri fazasında 0,05%, vegetativ kütlənin intensiv artması fazasında isə 0,09% təşkil etməlidir. Ən yaxşı sələflər kimi çoxillik otlar (yonca), yaşıl yemlik sideratlar, birillik yem bitkiləri, xiyar, faraş kartof, çuğundur və pomidor göstərilir. Torpağın hazırlanması mərhələsində payızda sələflərdən sonra qlifosfat tərkibli herbisidlərin verilməsi, torpağın 10–12 sm dərinlikdə ikiqat disklənməsi və 7–10 gündən sonra kultivasiya işlərinin aparılması təklif olunur. Nəticələr göstərir ki, qeyd olunan aqrotexniki tədbirlərin həyata keçirilməsi torpağın münbitliyini artırır, alaqların qarşısını alır və baş kələmin məhsuldarlığını yüksəldir. Beləliklə, tədqiqat müasir aqrotexniki üsulların tətbiqinin kənd təsərrüfatında dayanıqlı məhsul istehsalına mühüm töhfə verdiyini təsdiq edir.

 

Açar sözlər: kələm, tezyetişən sortlar, orta gecyetişən sortlar, gecyetişən sortlar, becərilmə, məhsuldarlıq

 

Mündəricat

Məqalə