Xülasə: Məqalədə ibtidai sinif şagirdlərinin milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılmasının istiqamətləri, bu xüsusda klassiklərin fikirləri, bununla bağlı müsbət məqamların əhəmiyyəti araşdırılmışdır. Həmçinin, xalqların, etnik qrupların min illər boyu istifadə etdiyi, formalaşdırdığı mütərəqqi məzmuna malik milli dəyərlər, adət-ənənələr, onların məzmun xüsusiyyətləri şərh olunur. Milli-mənəvi dəyərlər xalqın idealının təmsilçisi, fərdin münasibətlərini və fəaliyyətinin tənzimləyicisi potensialına malikdir. Milli dəyərlər cəmiyyətin fəaliyyətini dəstəkləyir və onun inkişafı və təkmilləşdirilməsi amili kimi çıxış edir. Qeyd olunur ki, milli dəyərlər haqqında mütəfəkkirlərin, klassik pedaqoqların böyüyən nəslin, uşaqların, şagirdlərin tərbiyəsində yeri və rolu da işıqlandırılmışdır. Milli
dəyərlərə hörmət hissinin formalaşdırılması məhz kiçik yaşlardan başlanılmalıdır. Gələcək nəsli xüsusilə, aşağı yaş qrupunu milli əxlaqımızın tələb etdiyi anlayışları əsas götürməklə böyütmək, inkişafını təmin etmək böyük əhəmiyyətə malikdir. Milli dəyərlərimizin prinsiplərini elə tətbiq etmək nəzərdə tutulur ki, onların bütün şagirdlərin rəftarlarında, davranışlarında, qarşılıqlı münasibətlərində mühüm əsaslı yer tutsun. Əsasən bu istiqamətdə fənlərin tədrisi prosesində müəllimin səriştəli mövqeyi olmalıdır. Belə ki, gələcəyin əsl vətəndaşını böyütmək valideynlərdən sonra müəllimin fəaliyyətindən asılıdır.
Açar sözlər: milli dəyərlər, dəyərlərə hörmət, mənəvi tərbiyə, milli ruh, pedaqoq, şagird



