Xülasə: Bu gün müasir Azərbaycan sərhədlərindən kənarda qalan tarixi Azərbaycan torpaqlarından olan Borçalı mahalının tarixi qonşu ölkələrin tarixşünaslığında ən çox təhriflərə məruz qalır. Eyni zamanda, Borçalı tarixi Azərbaycan tarixşünaslığında çox az müraciət edilən mövzulardan biridir. Bu mənada Borçalı mahalının tarixini araşdırmaq və bu bölgənin tarixi ilə bağlı gerçəklikləri üzə çıxarmaq böyük aktual kəsb edir. Məqalə- nin məqsədi müasir Azərbaycanın sərhədlərindən kənarda qalan tarixi Azərbaycan tor- paqlarından olan Borçalı mahalının tarixi keçmişinə nəzər salmaq, Borçalı toponiminin mənşəyini və Borçalı əhalisinin etnik tərkibini aydınlaşdırmaqdır. Material və Metodlar: məqalə yazılarkən müqaisəli təhlil metodundan istifadə edilmişdir, bu sahədə mövcud ədəbiyyatlara, məqalələrə istinad edilmişdir.. Praktik və nəzəri əhəmiyyəti: material ali təhsil müəssisələrində mühzirə və seminarlarda istifadə oluna bilər, eləcə də tarixlə ma- raqlananlar üçün faydalı tədqiqatdır. Tədqiqatın sonunda belə bir nəticəyə gəlinmişdir ki, Borçalı bölgəsi hələ antik dövrlərdən etibarən müxtəlif türk tayfaları ilə məskunlaşmış, Cənubi Qafqazda türklərin yaşadığı ən qədim yurd yerlərindən biri olmuşdur. Borçalı bölgəsinin adı da birbaşa türk tayfasının adını əks etdirən etnonimlə və ya qədim türklərə məxsus etno-simvolla – “bozqurd” (börü) ilə bağlıdır. Borçalı bölgəsi qədim və orta əsrlərdən başlayaraq müxtəlif türk tayfalarının – buntürklər, barsillər, qıpçaqlar, oğuzlar, qarapapaqlar və başqalarının sıx şəkildə məskunlaşdığı ərazi kimi diqqət çəkmiş, müxtəlif tarixi mərhələlərdə mövcud olmuş Azərbaycan dövlətlərinin tərkibinə daxil olmuşdur. Borçalı 1801-ci ildə Şərqi Gürcüstanla birlikdə Rusiyaya ilhaq edilmişdir.

 

Açar sözlər: Borçalı bölgəsi, Borçalı mahalı, Borçalı sultanlığı, barsillər, buntürklər, qarapapaqlar

Mündəricat

Məqalə