Xülasə: Məqalədə ümumtəhsil məktəblərində riyaziyyatın tədrisinin keyfiyyətinin yüksəldilməsi üçün müəllim hazırlığının müasir dövrün tələblərinə uyğun şəkildə yenilənməsi məsələləri kompleks şəkildə araşdırılır. Təhsil sistemində aparılan islahatlar yalnız kurikulum səviyyəsində deyil, eyni zamanda müəllimlərin pedaqoji və metodik hazırlığının təkmilləşdirilməsini də zəruri edir. Riyaziyyatın tədrisi şagirdlərin məntiqi təfəkkürünün, intellektual inkişafının və həyati bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Buna görə də müəllimin rolu bu prosesin əsas aparıcı qüvvəsi kimi mühüm əhəmiyyət kəsb edir. Aparılan tədqiqatda həmçinin müəllimlərin yeni təlim texnologiyalarından istifadə bacarığı, tədris prosesində fərdi və diferensial yanaşmanın tətbiqi, təhsilalanların maraq və qabiliyyətlərinə uyğun metodların seçilməsi məsələləri ön plana çəkilir. Məqalədə yerli və beynəlxalq təcrübələrə istinad edilərək göstərilir ki, müasir müəllim yalnız fənn üzrə bilikli olmaqla kifayətlənməməli, eyni zamanda psixoloji, pedaqoji və texnoloji səriştələrə də malik olmalıdır. Bu da müəllim hazırlığında strateji yanaşmaların tətbiqini və təhsilin məzmununun davamlı olaraq yenilənməsini tələb edir. Tədqiqatda metodoloji yanaşmalar tətbiq olunmuş, normativ sənədlər, təhsil strategiyaları və pedaqoji ədəbiyyatlar əsasında məsələlər elmi cəhətdən əsaslandırılmışdır. Nəticə ola- raq qeyd edilmişdir ki, təhsilin keyfiyyətinin artırılması birbaşa müəllim hazırlığının səviyyəsi ilə bağlıdır və bu sahədə atılacaq hər bir addım ölkənin elmi-pedaqoji potensialına müsbət təsir göstərəcəkdir.
Açar sözlər: riyaziyyatın tədrisi, müəllim hazırlığı, kurikulum, metodologiya, təlim texnologiyaları, differensial yanaşma



