Xülasə: Məqalədə tarix fənninin tədrisində tətbiq olunan təlim metodlarının elmi-pedaqoji əsasları, onların təsnifatı və müasir təhsil mühitində rolu təhlil olunur. Tədqiqatın məqsədi təlim prosesində istifadə edilən metodların mahiyyətini müəyyənləşdirmək, onların şagirdlərin tənqidi və analitik təfəkkürünün inkişafına təsirini araşdırmaqdır. Ənənəvi və müasir təlim metodları arasında aparılan müqayisə göstərir ki, fəal təlimə əsaslanan şagirdyönümlü yanaşmalar – layihə metodu, problemyönlü təlim, debat, diskussiya və şifahi şərh – şagirdlərin təlimə aktiv cəlb olunmasını təmin edir və onların tarixə marağını artırır. Məqalədə təlim metodlarının idrak fəaliyyəti səviyyəsinə, bilik mənbəyinə və təşkilati formalarına görə sistemləşdirilməsi və bu təsnifatların tədrisdə tətbiq prinsipləri izah olunur. Eyni zamanda müəllimin pedaqoji bacarığı, şagirdlərin fərdi xüsusiyyətləri və dərsin məqsədinə uyğun metod seçimi məsələləri də vurğulanır. Nəticə olaraq qeyd edilir ki, təlim metodlarının düzgün seçimi şagirdlərə tarixi hadisələri dərindən təhlil etmək, səbəb-nəticə əlaqələrini qurmaq, mənbələrlə işləmək və praktik bacarıqlar qazanmaq imkanı yaradır.

 

Açar sözlər: tarix, təlim metodları, tənqidi təfəkkür, tarixi faktlar, müəllim, şagird

Mündəricat

Məqalə